Əsas Səhifə > Güney Press > Türklərə düşmən olan erməni əsilli müğənninin ifası "106 FM"də
Türklərə düşmən olan erməni əsilli müğənninin ifası "106 FM"dəBu gün, 16:08 |
|
106 FM radiosunun efirində Eros Ramazzottinin erməni əsilli müğənni Şer ilə səsləndirdiyi mahnının yayımlanması ictimai narazılığa səbəb olub. Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət daxil olub. Müraciətdə qeyd olunur ki, musiqinin milləti və sərhədi olmasa da, Şerin türklərə qarşı açıq düşmənçilik mövqeyi sərgiləməsi nəzərə alınmalıdır. Dinləyici bildirib ki, bu cür ifaların efirdə səsləndirilməsi şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul olunur.
KONKRET.az məsələ ilə bağlı “Azad Azərbaycan” telekanalının Media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, mahnı efirə əsas ifaçı, tanınmış italiyalı müğənni Eros Ramazzottinin ifasında səsləndiyi üçün daxil edilib:
Açıqlamada o da qeyd olunub ki, radioda səsləndirilən musiqilərin seçimi bu sahədə uzun illər təcrübəsi olan redaktorlar tərəfindən həyata keçirilir. Geri qayıt |