Əsas Səhifə > Güney Press > Nazilə QICIQLANDIRDI

Nazilə QICIQLANDIRDI


Bu gün, 15:48

“Kimsə “əl bəbək, gül bəbək” əzizləyib qız böyüdüb, sən ona zülm edə bilməzsən”.

Yenicag.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli “Tarixin bir günü” verilişində deyib.

O, heç bir gəlinin qayınana və qayınataya baxmağa borclu olmadığını bildirərək, gəlinlərin müdafiəsinə qalxıb:

“Məndən çox gəlini müdafiə edən olmayıb. Öz gəlinimə də demişəm: ‘Birdən səhv edərsən, birinci gəl mənə de ki, səni o çuxurdan tez çıxarım’. Heç vaxt gəlinin əleyhinə danışmamışam. Quranda da yazılıb ki, ataya-anaya baxmağa gəlin məcbur deyil, valideynə oğlu və qızı baxmalıdır. Gəlin baxırsa, sən ona təşəkkür etməlisən. Çünki bu, onun borcu deyil. Qayınanalar var ki, bütün uğursuzluqlarının ‘dəlləkliyini’ gəlinin başında çatladırlar. Mən onlardan danışıram. Gəlin də bir evin qızıdır. Kimsə ‘əl bəbək, gül bəbək’ əzizləyib qız böyüdüb, sən ona zülm edə bilməzsən”.


Geri qayıt