Əsas Səhifə > Güney Press > İran “DÜYÜNÜ” 48 saata açılacaq?
İran “DÜYÜNÜ” 48 saata açılacaq?Bu gün, 15:39 |
|
ABŞ və İran arasında gərginlik verilən bir sıra skeptik proqnozlara rəğmən, ötən həftə də hərbi toqquşma fazasına keçmədi. Lakin tərəflərin bir-birinin ünvanına təhdid və hədələri davam edir. Serbiya Prezidenti Aleksandr Vuçiç və bir sıra siyasi liderlər növbəti 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyinə inandıqlarını bildiriblər. Bu həftənin gözləntiləri nədir? Son müşahidələr nə deyir, hərbi variantdan qaçmaq mümkün olacaqmı? Alyans Araşdırmalar Mərkəzini rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, ABŞ Fars körfəzinə çox böyük hərbi qüvvə yeridib, eyni zamanda, İranla danışıqlar aparılacağını durmadan bəyan edir: “Tələblər isə dəyişməyib və İran qarşısında 4 tələb qoyulub. Birincisi, nüvə proqramından imtina eləmək və uranı İran daxilində zənginləşdirməmək, ya kimdənsə almaq, yaxud bölgədə konsorsium yaradıb ərəb MAQATE-nin və ABŞ-nin iştirakı ilə kənarda zənginləşdirib ölkəyə gətirmək. İran bu təklifi qəbul eləmir. Uranı zənginləşdirmək imkanı qürurumuzdur deyir və tələbi qəbul etməyəcəyini dəfələrlə bəyan eləyib. Növbəti tələb 60 faiz səviyyəsində zənginləşdirilmiş 400 kiloqramdan biraz artıq uranın təhfil verilməsidir. İran bunu da qəbul eləmir. Üçüncü tələb İranın ballistik raket proqramından imtina etməsi və sayı təqribən 3 minə çatan ballistik raktelərin azaldılmasıdır. İran indiyə qədər bunu da qəbul eləmir. Nəhayət dördüncü, ABŞ İrandan maliyyələşdirdiyi, silahlandırdığı proksi qüvvələrdən imtina etməyi tələb eləyir. İranın bunu da qəbul edəcəyi inandırıcı deyil”. Abutalıb Səmədov partiyasının ləğvindən danışdı: 'Ya birləşib iri partiyalara çevrilmək, ya da siyasi arenadan çəkilmək lazımdır' Siyasi ekspert hesab edir ki, belə bir şəraitdə ABŞ-nin İrana aviazərbələr endirməkdən başqa yolu qalmır: “Əks halda Donald Tramp azalmış nüfuzunun biraz da azalması təhlükəsi ilə üz-üzə qalacaq. Qarşıdan noyabr ayında Konqresə seçkilər gəlir və Tramp özü də bəyan edir ki, ola bilsin seçkini Respublikaçılar uduzacaqlar və Nümayəndələr Palatasında, Senatda çoxluğu əldə verəcəklər. Bu isə Trampı “topal ördəyə” çevirəcək və indiki gücü təbiidir ki, qalmayacaq. Bu səbəbdən Trampın uğurlu bir əməliyyata ehtiyacı var. Maduro əməliyyatının təsiri artıq keçib. Ona rəğbəti artıran yeni bir addım atılmalıdır və bu addım İrana qarşı aviazərbələr ola bilər. İran da təbii ki, öz növbəsində həmişə olduğu kimi sarsıdıcı cavab zərbəsi ilə hədələyir. Vəziyyətdən hərbi əməliyyat keçirmədən, aviazərbələr endirmədən çıxmaq yəqin ki, mümkün olmayacaq. Çünki İranın güzəşt etmək ehtimalı görünmür, ABŞ-nin də geri çəkilmək imkanı yoxdur. Bu baxımdan görünür, Serbiya prezidentinin və digər ekspertlərin söylədikləri reallaşacaq və 48 saat ərzində olmasa da həftənin ortalarına yaxın İrana ABŞ zərbələr endirəcək”. Geri qayıt |