Əsas Səhifə > Güney Press > İran üçün son tarix verildi
İran üçün son tarix verildiBu gün, 14:50 |
|
İran ABŞ Prezidenti Donald Trampın tərəflər arasında razılaşma əldə olunmayacağı təqdirdə ölkəni hərbi müdaxilə ilə hədələməsinə reaksiya verib. Teleqraf xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ liderinin razılaşma üçün Tehrana son tarix vermədiyini bildirib. “İran həmişə diplomatik proseslərdə dürüst və ciddi davranır, heç vaxt ultimatumları qəbul etmir. Ona görə də bu iddianı təsdiqləmək mümkün deyil”, - diplomat vurğulayıb. Donald Tramp bundan əvvəl İranla razılaşma üçün müddət təyin edib-etmədiyi barədə sual verildikdə, konkret tarix göstərmədən “bəli” cavabını vermişdi və qeyd etmişdi ki, Tehran nüvə məsələsi üzrə razılığa gəlmək istəyir: “Razılaşma üçün son tarixi yalnız Tehranın özü bilir”. Geri qayıt |