|
Xəbər verdiyimiz kimi, son 2 gün ərzində qızılın qiyməti kəskin şəkildə aşağı düşüb. Yeniavaz.com xəbər verir ki, qızılın kəskin şəkildə ucuzlaşması Dövlət Neft Fondunun aktivlərinin də dəyər ifadəsində kəskin şəkildə azalmasına səbəb olub. Qeyd edək ki, bu ilin əvvəlinə olan sonuncu hesabata görə, Fondun ümumi aktivlərinin 38,2%-i qızılda saxlanılır. Fondda saxlanılan qızılın ümumi miqdarı isə 200 ton təşkil edir. Azərbaycan Mərkəzi Bankının 2 gün əvvəl açıqladığı rəsmi məzənnəyə görə, qızılın bir qramının qiyməti 304,7 manat olub. Bu isə o deməkdir ki, Neft Fondunda saxlanılan qızılın dəyəri 2 gün əvvəl 35 milyard 847 milyon dollara (60,9 milyard manat) çatıb. Mərkəzi Bankın bu gün açıqladığı məlumatda isə qızılın bir qramının qiyməti 256,5 manat göstərilib. Belə olan halda, Neft Fondunda saxlanılan qızılın ümumi dəyəri bu gün 30 milyard 176 milyon dollara (51,3 milyard manat) düşüb. Açıqlanan məlumatlar göstərir ki, son 2 gündə Neft Fondunun qızılda saxlanılan aktivlərinin dəyəri sarı metalın kəskin ucuzlaşması səbəbindən 9,6 milyard manat azalıb.
Geri qayıt
|