Əsas Səhifə > Güney Press > İranla müharibə İsrailə neçəyə başa gələcək?

İranla müharibə İsrailə neçəyə başa gələcək?


Bu gün, 12:21

İrana qarşı potensial müharibənin dəyəri təxminən 10 milyard dollara çata bilər.

Publika.az xəbər verir ki, bu barədə "Calcalist" saytı məlumat yayıb.

Bildirilib ki, İsrailin 13 iyun 2025-ci ildə İrana qarşı başlatdığı müharibə İsrailə 20 milyard şekelə (6,37 milyard dollar) başa gəlib.

İsrail təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri gedişatdan asılı olaraq yeni münaqişə mərhələsinin on milyardlarla şekelə başa gələ biləcəyi barədə xəbərdarlıq ediblər.

İsrail Baş Qərargah rəisinin keçmiş müşaviri Şaşon Həddadın sözlərinə görə, belə bir ssenaridə təkcə hərbi xərc 15-25 milyard şekel (4,78-8 milyard dollar) arasında dəyişə bilər. Hesabata görə, mülki xərcləri də əlavət etdikdə, ümumi xərc 30 milyard şekel (təxminən 9,8 milyard dollar) olacaq.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailə qarşı istənilən hücumuna sərt cavab veriləcəyini bəyan etmişdi.



Geri qayıt