Əsas Səhifə > Güney Press / Ana xəbər > Cəlilabadda QANDONDURAN CİNAYƏT

Cəlilabadda QANDONDURAN CİNAYƏT


Bu gün, 12:14

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. 14 və 15 yaşlı bacı-qardaş əmiləri tərəfindən balta ilə xəsarət alıb.

Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyev yaşadığı evdə qardaşının azyaşlı övladlarına hücum edib.

Nəticədə 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Qardaşlar eyni həyətdə, eyni ünvanda yaşayıblar.

Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Geri qayıt