Əsas Səhifə > Güney Press > İki şirkətin ixrac gəlirlərində milyonluq itki yarandı

İki şirkətin ixrac gəlirlərində milyonluq itki yarandı


Bu gün, 11:41

2025-ci ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində yer alan iki şirkətin ixrac gəlirləri azalıb.

ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi hesabat dövründə 373,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bu göstərici ötən ilin eyni dövründə 409,8 milyon ABŞ dolları olub.

Beləliklə, qurumun ixrac gəlirləri 35,9 milyon ABŞ dolları və ya 8,76% azalıb.

Eyni zamanda, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2025-ci ilin yanvar-dekabr aylarında 38,9 milyon ABŞ dolları ixrac gəliri əldə edib.

Bu isə 2024-cü ilin eyni dövründə qeydə alınmış 56,1 milyon ABŞ dolları ilə müqayisədə 17,2 milyon ABŞ dolları və ya 30,65% azalma deməkdir.

valyuta.az


Geri qayıt