Əsas Səhifə > Güney Press > Bərbərxanada zarafata görə dava düşdü,
Bərbərxanada zarafata görə dava düşdü,Bu gün, 10:55 |
|
Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səlim Ələkbərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib. Səlim Ələkbərzadə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. İttiham aktına əsasən, 2004-cü il təvəllüdlü Səlim Ələkbərzadə 29 iyun 2025-ci il tarixdə, saat 14:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Binə Bazar”ın arxa hissəsindəki bərbərxanada tanışı, zərərçəkmiş Mahir Namazovla (adı, soyadı şərtidir) birlikdə olub. Müəyyən edilib ki, bərbər bir neçə dəqiqəlik evə gedəcəyini bildirərək salonu tərk etdikdən sonra təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs onun qayıdıb gəlməsini gözləyərək söhbət ediblər. Söhbət zamanı Səlimin etdiyi şit zarafatlar Mahirin narazılığına səbəb olub. Bu səbəbdən zərərçəkmiş şəxs onun boyun nahiyəsindən tutaraq zarafatını dayandırmasını tələb edib. Baş verən bu hərəkətdən narazı qalan təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaradıb, əsəbiləşərək qəsdən qisas almaq niyyəti ilə həmin vaxt bərbərxanada başqa şəxslər olmadığı şəraitdə Mahirə hücum edib. O, zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrindən yumruqla bir neçə dəfə zərbə vuraraq Mahiri yerə yıxıb və döyüb. Nəticədə zərərçəkmiş şəxsə xəsarət yetirib. Ekspertiza rəyinə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid edilib. Məhkəmə iclasında Səlim Ələkbərzadə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Geri qayıt |