Əsas Səhifə > Güney Press > Məhkəmə “Ballı”nın sahibini öldürmək istəyən şəxslə bağlı qərar çıxardı

Məhkəmə “Ballı”nın sahibini öldürmək istəyən şəxslə bağlı qərar çıxardı


Bu gün, 10:49

Ali Məhkəmədə “Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2025-ci ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.

İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan daxil olub evin həyətində cinayəti reallaşdırmaq üçün gözləsə də, qarşısını alıblar. Təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.

T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.


Geri qayıt