Əsas Səhifə > Güney Press > Dövlət qurumu Göyçayda 37 min manata
Dövlət qurumu Göyçayda 37 min manataBu gün, 10:26 |
|
" Dövlət İmtahan Mərkəzi" PHŞ tərəfindən Göyçay şəhəri, Rauf İsayev küçəsi 43 ünvanında yerləşən iki mərtəbəli binada (315 m²) ofisin icarəsi xidmətlərinin satın alınması həyata keçirilib. "DİA-AZ" xəbər verir ki, satınalmanın qalibi fiziki şəxs Mahmudov Elşad Soltan oğlu olub. Müqavilənin dəyəri 37 200 manat təşkil edir. Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub. Elşad Mahmudov Mərkəzin daimi tərəfdaşıdır. O, daha əvvəl (31.01.2025) də eyni qurumla Göyçay ofisinin icarəsi üzrə 31 200 manat dəyərində müqavilə imzalamışdı. Geri qayıt |