Əsas Səhifə > Güney Press > “Epşteyn işi”nin arxasında PUTİN dayanır?
“Epşteyn işi”nin arxasında PUTİN dayanır?Bu gün, 10:24 |
|
Tədqiqatçı İlqar Altay dünyada böyük qalmaqal yaratmış məşhur “Epşteyn işi” ilə bağlı iddialar irəli sürüb. Onun paylaşdığı məlumatlara görə, ABŞ və Britaniya elitasını, milyarder biznesmenləri və siyasi liderləri öz toruna sala bilən Ceffri Epşteynin qurduğu “seks imperiyası” təkcə pedofiliya və cinayət şəbəkəsi olmayıb, eyni zamanda KQB–FSB xətti ilə idarə olunan, Putinə qədər uzanan nəhəng kəşfiyyat tələsi kimi fəaliyyət göstərib. Altayın istinad etdiyi beynəlxalq kəşfiyyat mənbələri və sızdırılmış sənədlər bu qalmaqallı işin arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını göstərir. Musavat.com onun fikirlərini olduğu kimi təqdim edir: "Dünya miqyaslı qalmaqal yaratmış məşhur "Epşteyn işi" KGB-FSB və Putinlə əlaqəli çıxır. Tramp və Klinton kimi prezidentləri, Britaniya şahzadəsi Endryunu, Bill Qeyts, İlon Musk kimi milyarder biznesmrnləri öz toruna sala bilən pedofil (casusluğa görə həbslə, türmədə ölən) Epşteynin "seks imperiyası" həm də "KQB-FSB tələsi" olub Putinlə əlaqələri varmış. Rusiyadan azyaşlı qızlar və qadınlar dünya məşhurlarının üzərində ləkə toplamaq üçün xüsusi təyyarə ilə gətirilirmiş. Məşhur Daily Mail qəzetinin məlumatına görə, dərin çaplı kəşfiyyat mənbələri Epşteynin KQB adından "dünyanın ən böyük (honeytrap) tələsi əməliyyatı" aparılmasını real həqiqət kimi bilir. Belə ki, 11 sentyabr 2011-ci il tarixli elektron poçt araşdırılmasında "əlaqəçi" şəxs Rusiyaya səfəri zamanı Epşteynin prezident Putinlə gizli görüşü müzakirə edir. Görüşdın sonra daha bir "vacib" görüş isə, 2014-cü il üçün planlaşdırılır. Elektron poçtda yazışan yapon sahibkar Coi İto qeyd edir ki, məlum Linkedin-in həmtəsisçisi milyarder Reid Qoffmanın da görüşdə iştirakı planlaşdırılıb amma ki, edə bilməyib. Səbəb? Ruslar 17 iyul 2014-cü ildə Ukrayna üzərində Malayziya Hava Yollarınln sərnişin uçağını vurub fsciə.törətdikdən sonra görüş ləğv edildi. Və həmin yapon milyarderi İto Epşteynə yazır: "İndi, təyyarə qəzasından sonra bu, pis fikirdir." Musavat.com Geri qayıt |