Əsas Səhifə > Güney Press > "Ferrum Kapital" 5 milyon manat

"Ferrum Kapital" 5 milyon manat


Bu gün, 06:54

"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxaraq eyni zamanda öhdəliklərini artırır, sadə dillə desək borclanır.

Şirkətin təqdim etdiyi gəlirlilik bazardakı digər iştirakçıların təklif ediyi faiz gəlirindən heç də fərqlənmir.

  • "DİA-AZ" bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.

İstiqrazların hər biri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır.

Gəlirlilik illik 14% təşkil edir.

Şirkətin istiqraz emissiyasının səbəbi cəlb olunan vəsaitin mənfəət əldə ediləcək layihələrə yönəltmək və faktorinq fəaliyyətini genişləndirməkdir.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcək. İstiqrazların tədavül müddəti 12 ay təşkil edir.

Əsas məbləğ tədavül müddətinin sonunda ödəniləcək.

Anterrayder "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.


Geri qayıt