Əsas Səhifə > Güney Press > İsrailin Baş Qərargah rəisi ABŞ-yə səfər etdi
İsrailin Baş Qərargah rəisi ABŞ-yə səfər etdiBu gün, 17:00 |
|
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir həftəsonu ABŞ-yə səfər edib. Teleqraf xəbər verir ki, o, Vaşinqtonda amerikalı müdafiə rəsmiləri ilə İran mövzusunda silsilə müzakirələr aparıb. Məlumata görə, səfər ABŞ Prezidenti Donald Trampın İranda etirazçıların öldürülməsi fonunda rəsmi Tehrana qarşı hərbi əməliyyat keçirəcəyi ilə bağlı hədəsindən sonraya təsadüf edib. Xatırladaq ki, daha əvvəl "The Times of Israel" nəşri E.Zamirin həftəsonu amerikalı rəsmilərlə danışıqlar apardığını yazsa da, görüşlərin keçirildiyi məkan barədə məlumatın yayılmasına ilkin mərhələdə icazə verilməmişdi. Artıq görüşlərin Vaşinqtonda baş tutduğu təsdiqlənib. Geri qayıt |