|

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif malların satınalınması üzrə elan edilmiş 4 tenderin nəticəsi açıqlanıb.
- "DİA-AZ" xəbər verir ki, Nazirlik ümumi dəyəri 7 509 509 manat olan müqavilələr imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:
-
"Solamedical" MMC – Dərman preparatlarının və digər məsrəf tibbi əmlakların satın alınması. Müqavilənin dəyəri 3 999 335 manat (28.01.2026).
-
"Global Stationery Office" MMC – Hərbi hissələr üçün dəftərxana ləvazimatlarının satın alınması. Müqavilənin dəyəri 1 769 729 manat (27.01.2026).
-
"Texnolog" MMC – Hərbi hissələr üçün müxtəlif növ elektrik mallarının satın alınması. Müqavilənin dəyəri 890 845 manat (27.01.2026).
-
"Fuad-Kimya Servis" MMC – Şəxsi heyətin təminatı üçün ayaqqabı kreminin satın alınması. Müqavilənin dəyəri 849 600 manat (26.01.2026).
Geri qayıt
|