Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanmış binada təmir dayandı
Yanmış binada təmir dayandıBu gün, 11:48 |
|
Mirəli Seyidov küçəsi-19A (Yasamal rayonu) ünvanında yerləşən binada yanğından sonra başlayan bərpa prosesi dayandırılıb. “Yeni Sabah” xəbər verir ki, bu barədə bina sakini olan jurnalist Heydər Mirzə paylaşım edib. Onun sözlərinə görə, yanğına baiskar sayılan "LOFT" şirkətinin sahibi Vüqar Abbasov təmir işlərindən boyun qaçırır: “Deyir, təmirə pulum yoxdur. Amma 3 adamın ölümünə səbəb olan "LOFT" xarabasını təmir etmək istəyir, ona pulu var”. H.Mirzə bildirib ki, məsələ Prezident Administrasiyasının və Baş Prokurorluğun nəzarətindədir: “Lakin Vüqar Abbasov bu nəzarəti heçə sayır. Göz önündə olan da məhz budur: bizimlə oyun oynayır. Adamın saxlanılması ilə bağlı vəsatətimiz isə naməlum səbəblərdən təmin edilməyib.” Xatırlatma: noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanılıb. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətovaa ölüb. 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib. Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |