Əsas Səhifə > Güney Press > İşdən çıxarılan nazir müavini kimdir?
İşdən çıxarılan nazir müavini kimdir?Dünən, 17:28 |
|
Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. 1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib. 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb. 2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb. 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub. 2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub. 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib. 2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Evlidir, 3 övladı var. Geri qayıt |