Əsas Səhifə > Güney Press > Avtomobil lizinqi şirkətinin mənfəəti azalıb
Avtomobil lizinqi şirkətinin mənfəəti azalıbDünən, 15:55 |
|
Avtomobil lizinqi şirkəti “Legion Financial” ASC 2025-ci ilin ilk 9 ayını (yanvar-sentyabr) 729 267 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ilin eyni dövrünü 801 876 manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 9% azalma deməkdir. Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. “Legion Financial” faiz gəlirləri 2024-cü ilin 9 ayında 1 milyon 448 min manat ikən, 2025-ci ilin 9 ayında 2 milyon 894 min manat təşkil edib (2 dəfə artıb). 30 sentyabr 2025-ci il tarixində “Legion Financial” ASC-nin maliyyə lizinqi portfeli 12 milyon 134 min manata çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39.3% çoxdur. Şirkətin cəmi aktivləri 2025-ci ilin sentyabrına 19.7 milyon manata çataraq 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 79% artıb. “Legion Financial” ASC maliyyə lizinqi sahəsində fəaliyyət göstərir və əsas məhsul kateqoriyası minik avtomobillərinin lizinqidir. Şirkətin ABŞ-da 100% törəmə müəssisəsi “Finoko – USA” MMC fəaliyyət göstərir. Geri qayıt |