|
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 757,35 ton inəknoxudu (qaragöz lobya) idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qaragöz lobyanın 1 kiloqramının orta gömrük dəyəri 1,15 dollar (1,95 manat) olub. Qeyd edək ki, idxal olunan qaragöz lobya Azərbaycana bu ölkələrdən gətirilib: Braziliya – 330,02 ton (1 kiloqramının orta gömrük dəyəri 1,8 manat); Hindistan – 205,88 ton (2 manat); Myanma – 169,9 ton (2,11 manat); Çin – 51,2 ton (2,29 manat); Madaqaskar – 0,35 ton (2,67 manat).
Geri qayıt
|