Əsas Səhifə > Güney Press > Ermənilərin saxta qəhrəmanlarından biri daha...

Ermənilərin saxta qəhrəmanlarından biri daha...


Dünən, 16:38

Şavarş Karapetyan həm sovet dövrünün, həm də müasir Ermənistanın ən böyük “qəhrəmanı” hesab edilir. Lakin bu günə qədər onun barəsində təbliğat, şişirdilmiş rəqəmlər və bəzi qaranlıq məqamlar hələ də müzakirə mövzusudur. Doğurdanmı bu şəxs qəhrəmandır yoxsa saxta və yalançı qəhrəmandır?

Gəlin onun “qəhrəman” elan edilməsi barədə saxta məlumata baxaq:

“16 sentyabr 1976-cı ildə Karapetyan İrəvanda məşq edərkən bir troleybusun su bəndinə aşdığının şahidi olub. O, dərhal 10 metr dərinliyə dalaraq troleybusun pəncərəsini ayağı ilə sındırıb və hər dəfəsində bir nəfəri suyun üzünə çıxararaq 20 nəfərin həyatını xilas edib. Bu hadisə zamanı o, bədəninə daxil olan şüşə qırıntıları və çirkli su səbəbindən ağır sepsis (qan zəhərlənməsi) və ikitərəfli sətəlcəm keçirib, nəticədə peşəkar idman karyerasına son qoymalı olub”

İndi isə doğruları yazaq, hər kəs bilsin ki, bu saxta qəhrəman barədə əfsanələri ruslar və ermənilər yaradıblar:

Birinci yalan, 20 nəfərin xilas edilməsi.

Bu günə qədər onun barəsində uydurulan əfsanələrə görə guya o, 20 nəfəri xilas edib. Lakin hadisə yerində olan bəzi şahidlər və arxiv sənədləri göstərir ki, sudan çıxarılanların bir çoxu artıq boğulmuş və ya huşsuz vəziyyətdə olub. Tibbi rəsmi hesabatlarda neçə nəfərin məhz Şavarşın müdaxiləsi ilə "sağ qaldığı" barədə konkret və şəffaf məlumatlar sovet senzurası tərəfindən gizlədilib və ya şişirdilib.
Rəsmi məlumatlara görə, trolleybusda 92 nəfər olub. Bu, trolleybusun tutumundan xeyli çoxdur. Hadisənin pik saatda baş verdiyini nəzərə alsaq, bu rəqəm real ola bilər. Lakin, sənədlərə görə Şavarş sudan 46 nəfəri çıxarıb. Onlardan yalnız 20-nin sağ qaldığı deyilir.

Burada isə ciddi sal doğuran məqam budur- Əgər Şavarş peşəkar dalğıc idisə, o, sudan çıxardığı insanların sağ olub-olmadığını hiss etməli idi. Şahid ifadələri, ilkin tibb analizləri, o dövrün milislərinin qeydiyyat sənədlərində yazılır ki, o, əslində artıq boğulmuş insanların cəsədlərini çıxarırdı və sovet təbliğatı bu "cəsəd çıxarma" prosesini "xilasetmə" kimi qələmə verib.

İkinci yalan, trolleybusun pəncərəsini sındırması.

Bu sahədə elm 100 faizli sübutlarla təsdiq edir ki, 10 metr dərinlikdə, suyun təzyiqi altında trolleybusun qalın şüşəsini ayaqla qırmaq texniki cəhətdən demək olar ki, qeyri-mümkündür. Şavarş Karapetyanın təxminən 2 atmosfer təzyiq altında trolleybusun pəncərəsini sındırması həm fiziki, həm də bioloji baxımdan insan imkanlarının hüdudunda olan bir hadisədir.

Hadisə zamanı su çox çirkli və lil ilə dolu olduğundan görünüş sıfıra bərabərdir və bu iddia sadəcə yalandan başqa bir şey deyildir. Əgər trolleybusun içi tamamilə hava ilə dolu qalsaydı, xarici təzyiq şüşəni içəri sıxardı və onu sındırmaq daha asan olardı. Lakin trolleybus su ilə dolmağa başladığı an daxili və xarici təzyiq bərabərləşir Bu vəziyyətdə şüşəni sındırmaq bir insanın fiziki gücləri daxilində deyildir! Həmin dövrün sovet trolleybuslarında istifadə olunan şüşələr "stalinit" idi. Bu şüşələr zərbəyə davamlı olmasını isə istənilən mütəxissis təsdiq edər.

Şavarş sonra müsahibəsində dəfələrlə deyib ki, hər bir insanı xilas etmək üçün təxminən 30-40 saniyə vaxt sərf edib və bu prosesi 20-dən çox dalışla təkrarlayıb.

Gəlin baxaq görək bu sahə üzrə mütəxisslər nə deyir:

“Təzyiqin yüksək olduğu yerə fasiləsiz olaraq 40 dəfə dalmaq, hər dəfə ağır bir insan bədənini yuxarı qaldırmaq və şüşəni qırmaq insan bədəninin fiziki hüdudlarından kənardır. Hətta dünya çempionu üçün belə bu, qeyri-mümkün bir iş sayılır.”

Və burda daha bir ciddi sual yaranır:. İllər keçməsinə baxmayaraq, o 20 nəfərdən çox az hissəsi (cəmi 1-2 nəfər) mediaya çıxıb Şavarşa təşəkkür edib. Bəs qalan 18 nəfər hardadır? Niyə susurlar?
Şübhəsiz ki, Şavarş Karapetyan o gün gölə tullanıb və kömək etməyə cəhd edib. Lakin bu qədər şişirtmə, yalan, saxta məlumatlar yaymaq ermənilərin köhnə peşəsi olduğu üçün beləcə “saxta qəhrəman” yaradılıb.

Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"


Geri qayıt