Əsas Səhifə > Güney Press > "Regional Su Meliorasiya Xidməti" qiymətləndirici seçir
"Regional Su Meliorasiya Xidməti" qiymətləndirici seçirDünən, 16:25 |
|
"Regional Su Meliorasiya Xidməti" PHŞ (VÖEN – 1700121811) açıq tender elan edir. "DİA-AZ" xəbər verir ki, tenderin predmeti maliyyə hesabatlarının auditi məqsədilə 80.000 əsas vəsaitin və qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 835 019 manat təşkil edir. Tender 22 yanvar 2026-cı il, saat 15:44-də dərc edilib. İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir. Qeyd: 80.000 ədəd əsas vəsaitin içərisində kompleks əsas vəsaitlər də nəzərdə tutulmuşdur Əlaqələndirici şəxs: Elşad Fərəcov - Satınalmaların təşkili və müqavilələrin hazırlanması sektorunun müdiri İddiaçıların tələb olunan sayı: 3 İddiaçılar təkliflərini 13 fevral 2026-cı il, saat 17:00-a qədər Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5 ünvanına təqdim edə bilərlər. Geri qayıt |