Əsas Səhifə > Güney Press > Sabiq DGK rəhbərinin ev dustaqlığı ləğv edildi
Sabiq DGK rəhbərinin ev dustaqlığı ləğv edildiDünən, 13:50 |
|
Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) sabiq rəhbəri Vardan Arutyunyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib. Musavat.com xəbər verir ki, məhkəmə qərarı ilə ev dustaqlığı inzibati nəzarətlə əvəz olunub. Yerli KİV-lərin məlumatına görə, Arutyunyan haqqında 790 min dollar məbləğində girov, ölkədən çıxmamaq barədə iltizam və bir sıra əlavə məhdudiyyətlər tətbiq edilib. Məlumatı “Joxovurd” qəzeti yayıb. Xatırladaq ki, sabiq məmur qanunsuz sahibkarlıq fəaliyyəti, antiinhisar qanunvericiliyinin pozulması və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur. Geri qayıt |