Əsas Səhifə > Güney Press > Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib
Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib17-01-2026, 01:58 |
|
NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq ABŞ-nin alyansdan çıxma ehtimalını istisna etməyib. "Report" xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində deyib. "Heç nə dəyişməz deyil, hər şey dəyişə bilər. ABŞ-nin NATO-da qalacağına söz verə bilmərəm", - deyə o, əlavə edib. Keçmiş baş katib hesab edib ki, NATO ABŞ-nin qurumda aktiv müttəfiq olaraq qalıb-qalmamasından asılı olmayaraq transatlantik alyansı qorumaq üçün tədbirlər görməlidir. Geri qayıt |