Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda marketlər şəbəkəsinin direktoru dəyişib
Azərbaycanda marketlər şəbəkəsinin direktoru dəyişib15-01-2026, 11:58 |
|
Ölkənin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” MMC-nin direktoru dəyişib. Banker.az xəbər verir ki, Təhminə Salmanova Rasim qızı şirkətin direktoru təyin edilib. O, bu vəzifədə Ramin Şirinov Rasim oğlunu əvəz edib. Şirkət 2007-ci ildə təsis edilib və hazırda 7.36 mln. manat nizamnamə kapitalına malikdir. 2023-cü ildə “Grandmart”, “Bolmart” və “Megastore” supermarket şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alınmış və bu səbəbdən də şirkətin fəaliyyəti dayandırılmışdı. Geri qayıt |