Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > "Onu niyə işsiz qoydun: Günahı nə idi?"
"Onu niyə işsiz qoydun: Günahı nə idi?"9-01-2026, 12:35 |
|
"Cənab Anar Əliyev Bahar Enerji Əməliyyat Şirkətinə rəis təyin olunanda işçilərə onların əmək haqının artırılması, iş şəraitinin yaxşılaşdıracağı və digər bu tipli pozitiv müsajlar vermişdi. Amma..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra belə bildirir: "Aldığım məlumatlar isə Bahar ƏŞ-də də SOCAR -siyasətinə uyğun kadr siyasətinin aparıldığı qeyd olunur. Vaxtilə işçilərlə qeyri-qanuni bağlanmış müəvəqqəti Əmək Müqaviləri sona çatdıqca əksər işçilərlə Əmək Müqaviləsinin müddəti uzadılmır:
-1996-ci ildən müddətsiz Əmək Müqaviləsi ilə işləyən Münafov Mübarizlə , 2021-ci ildə Əmək Məcəlləsinin 43.3 maddəsinə ( işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.) və ARƏM 45.4 (iş daimi xarakterə malik olduqda) zidd olaraq onunla bağlanmış müddətsiz Əmək Müqaviləsi müddətli Əmək Müqaviləsi ilə əvəz olunub.
-2021-ci ildən hər il yenilənən müddətli Əmək Müqaviləsinə 5.01.2026-cı ildə xitam verilib.Ona görəki ARƏM maddə 45.5( Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir)
əsasən cənab Manafovla bağlanmış Əmək Müqaviləsi artıq müddətsiz hesab olunmali idi .
Arxalı cənab Anar Əliyev, Manafov Mübarizin 53 yaşı var, Ailə sahibidir. Onu niyə işsiz qoydun ki? Günahı nə?"
Geri qayıt |