Əsas Səhifə > Güney Press / Ana xəbər > Fizuli Ələkbərovun kadrını istefaya necə göndəriblər?

Fizuli Ələkbərovun kadrını istefaya necə göndəriblər?


31-05-2014, 16:35
Fizuli Ələkbərovun kadrını istefaya necə göndəriblər?
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərovun istefaya getməsi məsələsi ətrafında yeni xəbərlər yayılıb.

Qeyd edək ki, Elnur Kələntərovun qəfil istefası hələ o zaman təəccübə səbəb olmuşdu. Amma onun hansı səbəbdən istefa verməsi isə tam açıqlanmadı.

Federasiyaya yaxın mənbənin publika.az saytına verdiyi məlumata görə, Elnur Kələntərovu istefa verməyə məcbur edən səbəb olimpiya çempionu Elnur Məmmədli ilə yaşanan qarşıdurma olub.

Mənbənin məlumatına görə, hazırda federasiyada vitse-prezident kimi çalışan Elnur Məmmədli qurumda qruplaşma yaradıb. Bu qruplaşma ilə Elnur Kələntərov arasında münasibətlər qaydasında olmayıb. Məhz həmin qruplaşmanın təzyiqi nəticəsində Kələntərovun istefa verdiyi bildirilir.

Sayt məsələyə aydınlıq gətirmək üçün olimpiya çempionu Elnur Məmmədli ilə əlaqə saxlayıb.

Olimpiya çempionu açıqlamasında xəbəri təkzib edib: “Bu, tam yanlış məlumatdır. Elnur Kələntərli ilə heç bir problemimiz olmayıb. Hazırda da münasibətlərimiz yaxşıdır”.

Geri qayıt