Əsas Səhifə > Güney Press > Kiyev Maduronun legitimliyini tanımır

Kiyev Maduronun legitimliyini tanımır


3-01-2026, 17:24

Ukrayna xalqların azadlıq və demokratiya hüquqlarını müdafiə edir və Nikolas Maduro hökumətinin hərəkətləri bütün bu prinsipləri pozur.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" hesabında yazıb.

"Ukrayna xalqların diktatura, zülm olmadan və insan hüquqları pozulmadan azad yaşamaq hüququnu müdafiə edir. Maduro rejimi bütün bu prinsipləri hər cəhətdən pozur. Dünyanın demokratik ölkələri və hüquq müdafiə təşkilatları onun başçılıq etdiyi rejimin törətdiyi genişmiqyaslı cinayətləri vurğulayırlar", - o bildirib.

A.Sibiqanın sözlərinə görə, onlarla digər ölkə kimi Ukrayna da Maduronun legitimliyini tanımır və Venesuela xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamaq, öz ləyaqətini qorumaq imkanına malik olmalıdır.

"Ukrayna onların normal yaşayış, hörmət və azadlıq hüququnu dəstəkləyəcək. Biz vəziyyətin beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə, demokratiya, insan hüquqları və Venesuela xalqının maraqlarına üstünlük verilməklə daha da inkişaf etməsinin tərəfdarıyıq", - o əlavə edib.


Geri qayıt