Əsas Səhifə > Güney Press > Tramp Putinin vəhşiliyinə BELƏ HAQQ QAZANDIRDI...
Tramp Putinin vəhşiliyinə BELƏ HAQQ QAZANDIRDI...3-01-2026, 15:57 |
|
Dünya dəyişməyib, sadəcə Vaşinqton Moskvanı yamsılayır. ABŞ ağır beynəlxalq cinayət törədərək Venesuela prezidenti Maduronu həyat yoldaşı ilə birlikdə oğurlaması ilk presedent deyil.
Hələ 1968-ci il avqustun 21-də SSRİ xüsusi xidmət orqanları Çexoslovakiyanın rəhbəri Aleksandr Dubçeki oğurlayıb "meşok"da Moskvaya gətirmişdi. ABŞ-ın başqa bir ölkənin ərazisinə soxulması işğal faktıdır, cinayətdir, bir ölkənin suverenliyinə qarşı terrordur. Maduro hər kim olursa, olsun. Biz dəqiq bilirik ki, ABŞ Venesuela xalqını xilas etmir, sadəcə böyük resurslara malik ölkəni ələ keçirib talan edəcək. Dubçek Moskvaya gətiriləndə beynəlxalq ittihamlar Kremli danışıqlara məcbur etmişdi. Bəs Maduro ilə bağlı nə baş verəcək?
Heç şübhəsiz ki, dünyanın ən böyük işğalçı ölkəsi ABŞ-dır, hüquq-qanun bu ölkə üçün əski parçasıdır. Amma bildiyimiz həqiqətlər var: ABŞ-ın dostu varmı? Yoxdur! ABŞ-ın ayaq basdığı yerdə əmin-amanlıq varmı? Yoxdur! Hara giribsə, orada terror, inqilablar, xaos tüğyan edib.
ABŞ bu adddımı ilə təsdiqlədi ki, Rusiya Ukraynaya haqlı hücum edib, Rusiya haqlı olaraq, Ukrayna adlı dövləti məhv edib.
Samir Feyruzov - "DİA-AZ"
Geri qayıt |