Əsas Səhifə > Güney Press > Venesuela müdafiə naziri müraciət yaydı
Venesuela müdafiə naziri müraciət yaydı3-01-2026, 15:04 |
|
Venesuela müdafiə naziri Vladimir Padrino Lopes videomüraciət yayımlayıb. Musavat.com xəbər verir ki, müraciətdə nazir bildirib ki, "Venesuela xalqı ABŞ hökuməti tərəfindən ən cinayətkar hərbi təcavüzə məruz qalıb". "Venesuelanın qəhrəman xalqı! Vətən əsgərləri! Bolivarın oğulları və qızları! Bolivar Milli Silahlı Qüvvələri bütün dünyaya bildirir ki, bu səhər, 3 yanvar 2026-cı il tarixində, Venesuela xalqı ABŞ hökuməti tərəfindən ən cinayətkar hərbi təcavüzə məruz qalıb. Şərəf, vəzifə və tarix bizi çağırır. Qoy azad Vətənin fəryadı hər küncdə səslənsin! Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizi müşayiət edir! Biz qalib gələcəyik!" Qeyd edək ki, daha əvvəl Sky News Arabia ABŞ-ın Venesuela müdafiə nazirinin evinə zərbələr endirdiyini və onunla əlaqənin kəsildiyini bildirmişdi. Bəzi media orqanları onun öldürüldüyünü bildiriblər. Geri qayıt |