Əsas Səhifə > Güney Press > Türkiyə ABŞ–Venesuela qarşıdurmasında açıq mövqe ortaya qoydu

Türkiyə ABŞ–Venesuela qarşıdurmasında açıq mövqe ortaya qoydu


3-01-2026, 12:52

Venesuelaya qarşı ABŞ tərəfindən həyata keçirilən təzyiqlər fonunda Türkiyədən sərt və açıq mövqe gəlib.

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Cəmil Ertəm sosial şəbəkə X-də paylaşım edərək Ankaranın Venesuela xalqının və prezident Nikolas Maduronun yanında olduğunu bəyan edib.

Cəmil Ertəm açıqlamasında bildirib ki, ABŞ-ın Venesuelaya qarşı addımları açıq “banditizm” xarakteri daşıyır və bu cür davranışlar cavabsız qalmamalıdır. Onun sözlərinə görə, Türkiyə Venesuela xalqının iradəsinə hörmət edir və ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən müdaxiləni qəti şəkildə rədd edir.

Türkiyəli rəsmi vurğulayıb ki, beynəlxalq münasibətlərdə güc və təzyiq siyasəti qəbuledilməzdir və bu yanaşma regionlarda daha böyük gərginliklərə yol açır. Ankaranın mövqeyi isə aydındır: xalqların seçdiyi legitim hakimiyyətlərə qarşı xarici müdaxilələr dayandırılmalıdır.


Geri qayıt