Əsas Səhifə > Güney Press > Dövlət Radiotezliklər İdarəsi auditor seçir
Dövlət Radiotezliklər İdarəsi auditor seçir3-01-2026, 12:03 |
|
Dövlət Radiotezliklər İdarəsi (VÖEN – 9900038911) açıq tender elan edir. "DİA-AZ" xəbər verir ki, tenderin predmeti 2025-ci il üzrə illik maliyyə hesabatlarının müstəqil audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 29 min manat təşkil edir. Tender 30 dekabr 2025-ci il, saat 16:24-də dərc edilib. İştirak haqqı 58 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Əlaqələndirici şəxs:Asəf Həsənov-Satınalmalar üzrə mütəxəssis İddiaçıların tələb olunan sayı: 3 İddiaçılar təkliflərini 27 yanvar 2026-cı il, saat 17:00-a qədər Bakı ş., Droqal döngəsi, 702-ci məhəllə ünvanına təqdim edə bilərlər. Geri qayıt |