Əsas Səhifə > Güney Press > 50 milyon manata "Novxanı" yarımstansiyası tikiləcək
50 milyon manata "Novxanı" yarımstansiyası tikiləcək3-01-2026, 11:39 |
|
"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Electro İndustries" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 49 milyon 302 min 552 manat təşkil edir. Ehtimal olunan qiymət isə 49 milyon 715 min 114 manat idi. Qeyd edək ki, "Electro İndustries" QSC "Azərenerji"nin ən böyük tərəfdaşlarından biridir. Şirkət indiyədək qurumun elan etdiyi bir çox strateji əhəmiyyətli layihələrin qalibi olub. Tərəflər arasında bu layihələr üzrə imzalanan müqavilələrin ümumi dəyəri 178 milyon 363 min 833 manat təşkil edir. Şirkətin qalib gəldiyi digər iri tenderlər aşağıdakılardır:
Geri qayıt |