Əsas Səhifə > Güney Press > Elvin Məmmədovun yeni iş yeri bəlli oldu
Elvin Məmmədovun yeni iş yeri bəlli oldu3-01-2026, 10:40 |
|
Noyabrda Birinci Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılaraq "Qəbələ"nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib. "DİA-AZ" fanat.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis "Neftçi" klubu ilə anlaşıb. O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bu günlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib. Qeyd edək ki, "Neftçi"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb. Geri qayıt |