Əsas Səhifə > Güney Press > 2025-ci il ərzində Rusiya Ukraynada nə qədər ərazi işğal edib?
2025-ci il ərzində Rusiya Ukraynada nə qədər ərazi işğal edib?Bu gün, 10:05 |
|
Rusiya 2025-ci il ərzində Ukraynanın 4336 kvadrat kilometr ərazisini ələ keçirib. Musavat.com DeepState-ə istinadən xəbər verir ki, bu, Ukraynanın ümumi ərazisinin təxminən 0,72 faizini təşkil edir. Regionlar üzrə işğal olunma faizi belədir: Dnepropetrovsk - 0,6 faiz işğal olunub (son bir ildə +0,6%) Sumı - 1,0 faiz (+1) Xarkov - 4,7 faiz (+1,3) Xerson – 72 faiz (-) Zaporojye - 74,8 faiz (+2,1) Donetsk - 78,1 faiz (+10,6) Luqansk - 99,6 faiz (+0,6) 2022-ci illə müqayisədə son üç ildə vəziyyət aşağıdakı kimi dəyişib: Dnepropetrovsk - 0% - 0,6% Sumı - 0% - 1% Xarkov - 1.9% - 4.7% Xerson - 72% - 72% Zaporojye - 72.8% - 74.8% Donetsk - 56.7% - 78.1% Luqansk - 97.9% - 99.6% Ümumilikdə, Rusiya Ukraynanın 116.165 kvadrat kilometr ərazisini işğal edib — bu, ölkənin ümumi ərazisinin 19.25 faizini təşkil edir. Geri qayıt |