Əsas Səhifə > Güney Press > "Odlu At ili" 5 BÜRCƏ elə qapılar açacaq ki... sevgi, pul...

"Odlu At ili" 5 BÜRCƏ elə qapılar açacaq ki... sevgi, pul...


Bu gün, 08:20

2026 son 10 ilin ən hərəkətli illərindən biri olmağa namizəddir.

Bəs ilin ən şanslı bürcləri hansılardır?

Musavat.com həmin bürcləri təqdim edir:

ŞİR

2026-cı ilin mübahisəsiz ulduzu Şirlərdir. 30 iyundan etibarən Yupiter Şir bürcünə daxil olacaq. Bu, 12 ildən bir baş verən və həyatın bütün sahələrində böyük genişlənmə vəd edən nadir dövrdür.

Subay Şirlər üçün taleyüklü tanışlıqlar, evli olanlar üçün isə münasibətlərdə qızıl dövr başlayır.
Avqust ayında Şir bürcündə baş verəcək Günəş tutulması “yenidən doğuluş” anlamına gəlir. Populyarlığınızı maddi uğura çevirə bilərsiniz.

QOÇ

Saturn və Neptunun bürcünüzdə qovuşması həyatınızı yenidən qurmağınıza imkan yaradır. Artıq nə istədiyini dəqiq bilən bir Qoç var.

Xüsusilə ilin ikinci yarısında atdığınız hər addım uğura çevrilə bilər. Səbrli və strateji davranan Qoçlar üçün 2026 əsl mənada “imperiya qurmaq” ili ola bilər.

OXATAN

İdarəçi planetiniz Yupiterin Şir bürcünə keçidi sizə ən sevdiyiniz enerjini - macəra və müdrikliyi bəxş edir.

Akademik uğurlar və uzaq səfərlər 2026-cı ildə gündəminizdə olacaq.

Xüsusilə ilin son rübü maliyyə baxımından olduqca bərəkətlidir.

ƏKİZLƏR

Uranın bürcünüzə qısamüddətli səfəri və Yupiterin dəstəkləyici aspektləri sizi ilin ən güclü əlaqələr quran bürcü edir.

Yeni əlaqələr, rəqəmsal layihələr və media sahəsində böyük sıçrayış mümkündür.

Zəkanız daha sürətli işləyəcək. İdeyalarınız sizə yeni qapılar aça bilər.

TƏRƏZİ

2026 Tərəzilər üçün tarazlığı tapdıqları bir il olacaq.

Dost çevrənizdən gələn təkliflər həyatınızın axarını dəyişə bilər.

Qarışıq münasibətlər yerini aydınlığa və daha sakit, balanslı sosial statusa buraxacaq.


Geri qayıt