Əsas Səhifə > Güney Press > İran səfiri Ermənistan xalqını belə təbrik etdi
İran səfiri Ermənistan xalqını belə təbrik etdiBu gün, 18:25 |
|
İranın Ermənistana təyin olunmuş səfiri Xəlil Şirqulami Yeni il münasibətilə təbrik mesajı yayımlayıb. Musavat.com xəbər verir ki, səfir Ermənistan xalqını və hökumətini dost, qardaş adlandıraraq Yeni il münasibətilə təbrik edib. Xəlil Şirqulami bildirib ki, 2026-nın Ermənistan üçün rifah, sülh və böyük nailiyyətlər ili olacağına ümid edir. Onun sözlərinə görə, 2025-ci ilin son günlərində böyük ümidlərlə İranın Ermənistandakı səfiri kimi İrəvana gəlib, məqsədi İran və Ermənistan xalqları arasında dostluq və tərəfdaşlığın daha da dərinləşdirilməsi, həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın formalaşdırılmasıdır. Geri qayıt |