Əsas Səhifə > Güney Press > Almaniya müharibəyə hazırlaşır?
Almaniya müharibəyə hazırlaşır?Bu gün, 09:59 |
|
Almaniya son dövrlərdə baş verən kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyalarının yeni bir müharibənin başlanğıcı ola biləcəyindən ehtiyat edirlər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşrinin tanış olduğu məxfi hökumət sənədində bildirilir. Qeyd olunur ki, Almaniyada Berlinin genişmiqyaslı münaqişə zamanı ölkə ərazisinin müdafiəsini necə təşkil edəcəyini təsvir edən Operativ Plan hazırlanıb. Ölkənin hərbi mütəxəssisləri NATO ölkələrinə qarşı yönəlmiş Rusiyanın fəaliyyətlərini diqqətlə izləyirlər. Sənəddə bildirilir ki, hibrid hücumlar hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıya bilər. Nəşrə danışan mənbələrin sözlərinə görə, kiberəməliyyatlar və təsir kampaniyaları hərbi eskalasiyanın bir hissəsi kimi qiymətləndirilir. Bundan əlavə, sənəddə vurğulanır ki, Almaniya müharibə vəziyyətində NATO-ya üzv ölkələrin, erkən mərhələdə düşmən təzyiqi ilə üzləşə biləcək qüvvələri üçün operativ baza və tranzit dəhlizi rolunu oynaya bilər. Sənəddə, həmçinin mümkün hərbi münaqişədə mülki strukturların əhəmiyyəti xüsusi qeyd olunur. Məsələn, nəqliyyat şəbəkələri, enerji təchizatı, tibbi xidmətlər və özəl podratçılar hadisələrin inkişafına təsir göstərən əsas amillər kimi dəfələrlə xatırladılır. Geri qayıt |