Əsas Səhifə > Güney Press / Partiya > "Bu duelin nə qaydası, nə də sekundantı var..."

"Bu duelin nə qaydası, nə də sekundantı var..."


Bu gün, 06:41

Putinin evinə bu olmuş ya da olmamış hücumdan sonra Zelenski öz evinə dönə biləcəkmi? Maraqlı sualdır.
Prezident kimi rəsmi Milad təbrikində Putinin "gəbərməsini" arzuladınsa, ardınca onun "evimə 91 dron atdın" ittihamını təkzib etmək çətindir.
"Siyasi səhnə", "beynəlxalq səhnə" ifadələrini eşidəndə bəziləri elə bilirmiş ki, hansısa söz, uca səs, gözlənilməz komik keçid, kameraya hesablanan duruş tərzi və ya üz ifadəsi bu səhnədə də əsas hadisədir.
Xeyr. Beynəlxalq münasibətlər konsert deyil. Burda hadisə - sənin ordunun dağıdıcı gücü, iqtisadiyyatının davamlılığı, əhalinin yaş və digər strukturunun nisbi sağlamlığı, diplomatlarının təcrübəsi, qonşularınla dil tapa bilməyin və digər şeylərdir.
4 il davam edən müharibədən sonra bu "gəbərmək" və "91 dron" söhbəti ilə Zelenski və Putin demək olar şəxsi duelə çıxdılar. Bu duelin nə qaydası, nə də sekundantı var. Barışsalar təəccüblənəcəm.
İlqar Məmmədov 
ReAL Partiyasının qurucu üzvü 
"DİA-AZ"

Geri qayıt