Əsas Səhifə > Güney Press > İsmayıl Vəliyev azadlığa buraxıldı
İsmayıl Vəliyev azadlığa buraxıldıDünən, 17:07 |
|
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, amnistiya aktı ona da şamil edilib. İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı. Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik. Geri qayıt |