Əsas Səhifə > Güney Press > İranlı güləşçi niyə Azərbaycan millisini seçdi?
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi?Dünən, 15:15 |
|
İran yığmasından ayrılaraq Azərbaycan millisinə keçən güləşçi Əmirrza Məsumi sosial şəbəkə hesabında paylaşım edib. Teleqraf xəbər verir ki, 21 yaşlı idmançı qərarınının səbəbini açıqlayıb. "21 yaşıma qədər İran milli komandasının üzvü olmuşam və doğulub boya-başa çatdığım ölkənin bayrağını qürurla daşımışam. Bu müddət ərzində 17, 20 və 23 yaşlılar arasında keçirilən dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmağa müvəffəq olmuşam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərimə və məni hər zaman dəstəkləyən hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan milli komandasının üzvüyəm. Təəssüf ki, sosial şəbəkələrdə bu keçidin əsas səbəbinin maliyyə olduğu iddia edilir. Lakin bu iddia həqiqəti əks etdirmir. Düzdür, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, amma Azərbaycanın idmana peşəkar baxışı, güləş aləmindəki əfsanəvi simaların və dostlarımızın burada olması, həmçinin ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. Hesab edirəm ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət, peşəkar karyeramda daha böyük uğurlara imza atmağım üçün lazımi imkanı yaradır. Mənə göstərdikləri böyük etimada görə Azərbaycan Güləş Federasiyasına, isti və səmimi qarşıladıqları üçün isə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün var gücümlə çalışacaq və bütün diqqətimi beynəlxalq arenalarda yeni zəfərlər qazanmağa yönəldəcəyəm", - deyə Məsumi vurğulayıb. Geri qayıt |