Əsas Səhifə > Güney Press > Şakro Molodoy azərbaycanlı biznesmenin
Şakro Molodoy azərbaycanlı biznesmeninDünən, 15:06 |
|
Rusiyanın əsas “qanuni oğru”su hesab edilən, Şakro Molodoy ləqəbi ilə tanınan kriminal avtoritet Zaxari Kalaşov “Solsnevskilər” qruplaşmasının lideri Viktor Averinlə vida mərasimində görüntülənib. Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun yaradıcısının dəfn mərasimində iştirak edib.
Qeyd edək ki, Viktor Averin dekabrın 20-də Moskvanın Pestovo qəsəbəsi istiqamətində yaxtanın aşması nəticəsində həlak olub. Həmin yaxtada Averinin yaxın adamı olan azərbaycanlı biznesmen 61 yaşlı Əliyev Şəmistan İsmayıl oğlu da olub. Qəza zamanı Şəmistan Əliyev xəsarət alıb. Geri qayıt |