Əsas Səhifə > Güney Press > İsrail şirkəti Abşeronda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikəcək

İsrail şirkəti Abşeronda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikəcək


Dünən, 12:14

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi” layihəsi üzrə satınalma həyata keçirilib.

"DİA-AZ" xəbər verir ki, satınalmanın qalibi İsrailin “Mekorot Water Company” LTD şirkəti olub. Müqavilənin dəyəri 1 milyon 70 min 50 manat təşkil edir.

Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.

Bununla yanaşı qurum “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi” layihəsi üzrə hüquqi məsləhət xidmətlərinin satın alınmasını da həyata keçirilib.

Satınalmanın qalibi “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı olub. Müqavilənin dəyəri 295 min 519 manat təşkil edir.

Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.

Qeyd edək ki, “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı 2009-cu ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi James Edvard Hogan-dır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 96, Landmark 1, 2-ci mərtəbədə yerləşir.


Geri qayıt