Əsas Səhifə > Güney Press > İşdən çıxarılan icra başçısını

İşdən çıxarılan icra başçısını


Dünən, 12:11

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən şəxs olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hazırda rayona icra başçısının müavini Zahid Xəlilov rəhbərlik edir.

Bununla bağlı müvafiq qərar qəbul olunub və Nəsimi Rayon İcra Hakimiyyəti kollektivi məlumatlandırılıb.

Z.Xəlilov dekabrın 30-dan icra başçısının səlahiyyətlərini icra etməyə başlayıb.

Qeyd edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının iki müavini var: Birinci müavin Gülarə Verdiyeva və müavin Z.Xəlilov.

Amma Z.Xəlilovun təcrübəsi nəzərə alınaraq, icra başçısının vəzifəsinin icrası ona tapşırılıb.

Xatırladaq ki, bununla da Z.Xəlilov ikinci dəfədir Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edir. O, 2024-cü il sentyabrın 23-dən 2025-ci il noyabrın 12-dək icra başçısının vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, Xəlilov Zahid Əziz oğlu 1963-cü il iyulun 5-də Ermənistan Respublikası, Amasiya rayonunun Ellərkənd kəndində anadan olub.

1980-ci ildə Güllücə kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1985-ci ildə həmin İnstitutu bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1992-1996-cı illərdə Nəsimi Rayon İcra Hakimiyyətində - Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbədə 1-ci dərəcəli təlimatçı, Mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsində müfəttiş, həmin şöbənin müdiri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbənin müdiri, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Nəsimi rayon şöbəsinin rəisi vəzifələrində çalışıb.

1999-2013-cü illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçının müavini, 2013-2015-ci illərdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-ci ildən 2020-ci ilin dekabr ayınadək Nəsimi rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 2020-ci ilin dekabr ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli, 2978 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Dövlət qulluğunun müşaviridir.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ərazi partiya təşkilatının sədridir.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Nəsiminin icra başçısı Elxan Oqtay oğlu İbrahimov dekabrın 29-da vəzifəsindən azad edilib.


Geri qayıt