Əsas Səhifə > Güney Press > Şəhid polisdən acı təfərrüat
Şəhid polisdən acı təfərrüatDünən, 12:01 |
|
Yalovada DEAŞ-a qarşı keçirilən əməliyyat zamanı şəhid olan 3 polis əməkdaşının ailələrinə ağır xəbər çatıb. Sherg.az xəbər verir ki, şəhid polis Turgut Külünk barədə ürəkdağlayan detal üzə çıxıb: onun təqaüd yaşı bir il əvvəl çatmasına baxmayaraq, qızının təhsili üçün xidmətini davam etdirdiyi məlum olub. 50 yaşlı, evli və bir uşaq atası olan Külünk sabah Akçakoca Mərkəz Məscidində keçiriləcək mərasimdən sonra son mənzilə yola salınacaq. Anası Kevser Külünk bildirib ki, nəvəsi magistr təhsili alırdı və oğlu “övladımı vəzifə sahibi edim” deyərək çalışmağa davam etmişdi.
Geri qayıt |