Əsas Səhifə > Güney Press > “Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam”
“Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam”Dünən, 11:59 |
|
“Belə bir şeyin olacağını gözləyirdim. Ona görə də qətiyyən pis olmadım”. Bunu Musavat.com-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılmasından danışarkən deyib. O, hazırda iş yerində olduğunu bildirib: “İndi elə masa arxasında əyləşmişəm. Hələlik yeni yaradılmış instituta direktor təyin olunmayıb, bu işi Elxan Səbziyevə müvəqqəti tapşırıblar. Allaha şükür ki, mənim də işim var, o istiqamət üzrə işimi davam etdirəcəyəm. Düşünmürəm ki, bundan sonra hansısa problem yaşayım”. Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub. Geri qayıt |