Əsas Səhifə > Güney Press > Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunubDünən, 11:56 |
|
Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaitini rüşvət qismində verməyə cəhd etməkdə ittiham edildiyi bildirilir. Geri qayıt |