Əsas Səhifə > Güney Press / Ana xəbər > Suriyada döyüşən azərbaycanlılar qayıtmağa hazırlaşırlar
Suriyada döyüşən azərbaycanlılar qayıtmağa hazırlaşırlar30-05-2014, 15:11 |
|
Xeyli müddətdir müzakirə predmeti olan Suriyada döyüşən azərbaycanlıların məsələsi təhlükəli vəziyyətə çatıb. Vəhhabi cərəyanına qoşulmuş həmyerlilərimizin Bəşər Əsədə qarşı döyüşlərə qatılması Azərbaycan üçün də ciddi təhlükə mənbəyi olaraq görülürdü. Nəhayət, təhlükə qapımıza dayanmağa başladı. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Suriyada döyüşən azərbaycanlılar artıq geri dönmək üçün hazırlıqlara başlayıb. Bəşər Əsədlə mübarizədə məğlub duruma düşən bu adamlar başqa bir öldkəyə getməyin mümkünsüz olduğunu görərək, bu addımı atmaq istəyirlər. Onların yaxın zamanlar üçün Azərbaycana dönərək, ölkələrində yaşamaq niyyətində olduqları vurğulanır. Qeyd edək ki, yeni qanunvericiliyə əsasən başqa ölkələrdə döyüşən azərbaycanlılar cinayət məsuliyyətinə cəlb olunacaq. Lakin işin çətin tərəfi odur ki, Suriyada döyüşən həmyerlilərimizin böyük əksəriyyətinin kimliyi məlum deyil. Və belə olan təqdirdə onların geri dönməsi zamanı hansısa problem yaşamayacaqlarına dəlalət edir. Təhlükə isə ondan ibarətdir ki, adam öldürüb, baş kəsmək adəti qazanmış bu adamlar cəmiyyət üçün ciddi təhdid mənbəyi olacaqlar. Onların həmçinin istənilən vaxt silah əldə edərək öz ideyalarını ölkədə həyata keçirmək istəkləri də baş qaldıra bilər. Geri qayıt |