Əsas Səhifə > Güney Press > Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək

Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək


Bu gün, 17:57

"İnnovasiya Və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi və "Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi tərəfindən mühafizə xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderlərin nəticələri açıqlanıb.

"DİA-AZ" xəbər verir ki, hər iki tenderin qalibi "Gesco" Açıq Səhmdar Cəmiyyəti olub. Şirkətlə imzalanan müqavilələrin ümumi dəyəri 1 milyon 50 min 402 manat təşkil edir.

Satınalmaların detalları aşağıdakı kimidir:

"Bakı Dövlət Universiteti"nin tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üzrə müqavilənin dəyəri 965 min 358 manat təşkil edir. Ehtimal olunan qiymət 1 milyon 14 min 493 manat idi.

"İnnovasiya Və Təchizat Mərkəzi" üçün mühafizə xidmətlərinin təşkili üzrə müqavilənin dəyəri 85 min 44 manat təşkil edir. Ehtimal olunan qiymət 85 min 951 manat idi.


Geri qayıt