|
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 547,23 ton sarıkök idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarıkökün 1 kiloqramının orta gömrük dəyəri 1,8 dollar (3 manat) olub. Qeyd edək ki, idxal olunan sarıkökün 99 faizi iki ölkədən – Hindistan və İrandan gətirilib. Hindistandan 327,8 ton sarıkök idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 1,95 dollar (3,3 manat) olub. İrandan isə 213,1 ton sarıkök idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 1,35 dollar (2,3 manat) olub. Onu da qeyd edək ki, xaricdən idxal olunan sarıkökün 1 kiloqramının orta satış qiyməti marketlərdə 30 manatdan baha satılır. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan sarıkök marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 10 dəfə baha qiymətə satılır.
Geri qayıt
|