Əsas Səhifə > Güney Press > İki şirkət birləşərək Baş Qərvənd kəndində

İki şirkət birləşərək Baş Qərvənd kəndində


Bu gün, 16:08

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Baş Qərvənd kəndinin tikintisi layihəsi çərçivəsində fərdi yaşayış evləri, mühəndis kommunikasiyaları və abadlıq işlərinin satın alınması ilə bağlı müqavilə imzalanıb.

"DİA-AZ" xəbər verir ki, satınalmanın qalibi "Conkago j.s.a" şirkətinin Azərbaycandakı Filialı və "İMA Energy" MMC-nin müvəqqəti birliyi olub. Müqavilənin ümumi dəyəri 235 milyon 397 min 662 manat təşkil edir.

Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə həyata keçirilib. Layihə çərçivəsində kənddə fərdi yaşayış evləri, sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya, qaz, elektrik və rabitə xətləri), daxili yollar, səkilər və yaşıllaşdırma sahələrinin tikinti-quraşdırma işləri görüləcək.


Geri qayıt